''Liverpul''un ulduzunun valideynlərini qaçırtdılar!

29.10.2023 17:21 201
Dünya futbolu
''Liverpul''un kolumbiyalı ulduzu Luis Dias üzücü xəbərlə sarsılıb.

"Football-plus.az" xəbər verir ki, belə ki, naməlum şəxslər onun valideynlərini qaçırıb! Hadisə şənbə günü baş verib. 26 yaşlı futbolçunun atası Manuel Dias və anası Silenis Marulanda Kuaxira şəhərinin Barrankas bölgəsində yaşayırlar. Onlar öz maşınları ilə Los Olivosdakı məhəllələrinə doğru hərəkət edərkən qarşılarını motosiklet ilə əli silahlı iki nəfər kəsib. Motosikletdən enən şəxslər Diasın valideynlərinin olduğu maşına əyləşərək onları naməlum istiqamətdə aparıblar. Hadisədən dərhal sonra hüquq mühafizə orqanları onların azad edilməsi əməliyyatına başlayıblar. Polislərə əsgərlər də yardım edib. Futbolçunun valideynlərini qaçıran şəxslərin hər hansı bir tələbinin olub-olmaması barədə məlumat yoxdu. Kolumbiyanın ''Semana''na nəşrinin bu günkü xəbərinə görə Diasın anası artıq azad edilib. Əməliyyatı aparan polislərdən biri bunları deyib:
''Ana bizimlədi. Bu hadisədən çox qorxsa da, vəziyyəti normaldı. Atanı xilas etmə əməliyyatı davam edir. Həmin şəxslər Manuel Diası maşından endirərək meşəliyin içi ilə başqa istiqamətə aparıblar''.


ƏLİ