• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İlk qolun vurulmasında baş hakimin bacarığı qeyd edilməlidi”

Aktual / Yığma

18-11-2023, 11:0

Yığmamız srağagen AÇ-2024-ün seçmə mərhələsi çərçivısində İsveçi qəbul etdi. İsveçrədən olan xanım referi Ester Stublinin ədaləti qoruduğu oyunda bir neçə epizod müzakirəyə açıq oldu.

"Football-plus.az" xəbər verir ki, ilk yarıda rəqibin futbolçuları Ramillə Torala qarşı sərt oynasa da, hakimin fiti susdu. 55-ci dəqiqədə Bəhlul Dyokereşin sürətli hücumunun qarşısını aşkar kobudluqla aldığına görə referi müdafiəçiyə əvvəlcə sarı vərəqə göstərdi. Amma VAR-dan siqnal gələndən sonra xanım hakim qərarını dəyişərək Bəhlulu “qırmızı” ilə meydandan qovdu. Qonaqlar həmin qayda pozuntusuna görə penalti tələb etsə də, xanım referi qaydanın cərimə meydançasından kənarda pozulduğunu bildirdi.

79-cu dəqiqədə Emin rəqibin kapitanı ilə çiyin-çiyinə mübarizə zamanı topu “oğurlayıb” cərimə meydançasına daxil olsa da, referi rəqibin xeyrinə qayda pozuntusu qeydə aldı. Təcrübəli hakim Tahir Süleymanov isveçli referinin idarəçiliyini belə qiymətləndirdi:

"Oyunu qadın baş hakim idarə etsə də, ilk dəqiqələrdən meydanda,  futbolçular qarşısında zəhmli olmağa çalışır, qəti, inamlı qərarlar verməkdən çəkinmirdi. Elə ilk qolda referi obyektivliyi, incə epizodları ayırd edə bilməsi ilə oyunçular tərəfindən özünə qarşı simpatiya qazanmış oldu. Lindelöfun aşırı özünəinamından, çaşqınlığından istifadə edən Renat Dadaşov top uğrunda ikili mübarizəyə qoşuldu, qaydalar çərçivəsində üstün oldu. Bu anda müdafiəçi çətin vəziyyətə düşərək hücumçumuzu əllə tutub saxlasa da, müqavimətini itirən Renat yıxılma anında, çətin epizodda Emin Mahmudova ideal ötürmə verdi. Ədalət təmsilçisi epizodu düzgün qiymətləndirərək “üstünlük” prinsipinə söykəndi, “davam” işarəsi verdi. İlk qolun vurulmasında baş hakimin bacarığı qeyd edilməlidi. Oyunda referi - VAR otağı anlaşması, sinxronluğu da təqdirəlayiq idi. Kritik anlarda doğru qərarlar verilir, ehtiyac olanda operativ məsləhətləşmədən sonra meydanda obyektivlik təmin edilirdi. Bəhlul Mustafazadənin epizodu qeyd olunanların təsdiqidi.

Baş hakimin ən böyük səhvi 27-ci dəqiqəyə təsadüf etdi. Qapıçı meydançasında,  hava topu uğrunda mübarizədə Şahruddin Məhəmmədəliyevə qarşı rəqib kobudluq etmişdi. Nə yaxşı ki, epizod qolla nəticələnmədi. Oyunda VAR sisteminin mükəmməl çalışdığını nəzərə alsaq, hətta top qapıdan keçsəydi belə, epizod incələnəcək, çox güman, ədalətli qərar veriləcəkdi. 

Referi futbolçularla şifahi ünsiyyətə həssas yanaşır, bəzi hallarda aşırı fasilələr yaransa da, oyunçulara fikirlərini çatdıra bilirdi. İsveç millisinin baş məşqçisinə göstərilən sarı vərəqə isə qadın referinin "meydanda mən varam" qətiyyətinin  göstəricisi idi. Ümumilikdə oyunda sərt, kobud mübarizələrə üstünlük verilmirdi, rəqib futbolçular bir-birinə hörmətlə yanaşırdı, bu amil də hakimin oyunu daha rahat idarə etməsinə zəmin yaradırdı”.


ABDULLA İSMAYILOĞLU 

Paylaş:
Digər xəbərlər

Aktual / AÇ

17-10-2023, 13:0

“Azərbaycan millisi tam neytral, obyektiv idarəçilikdən də məhrum olmuşdu”

Premyer-liqa / Manşet

31-08-2023, 19:0

VAR olmasaydı, Amin Seydiyev meydanda qalacaqdı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Aktual / Avropa Liqası

9-10-2023, 13:0

Tahir Süleymanov avstriyalıların işini yüksək qiymətləndirdi

Manşet / Konfrans Liqası

13-08-2022, 15:0

Tahir Süleymanov "Rapid" - "Neftçi" matçını idarə edən hakimin qüsurlarını sadaladı - AÇIQLAMA

Çempionlar Liqası

13-07-2023, 17:0

Tahir Süleymanov latviyalıların çətinliklə üzləşmədiyini düşünür

Aktual / Yığma

12-09-2023, 13:0

Tahir Süleymanov: “Hakimlər briqadası oyuna psixoloji cəhətdən tam hazır deyildi”

Aktual
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
“Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
Son xəbərlər
  • Bu gün, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Bu gün, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Bu gün, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Bu gün, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Bu gün, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Bu gün, 12:41
    Londonda iş yerini dəyişdi
  • Bu gün, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Bu gün, 11:30
    Şayiələrə son qoydu
  • Bu gün, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Bu gün, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Bu gün, 10:00
    “Barselona”dan yeni transfer
  • Bu gün, 00:01
    Niderlanda yollanacaq
  • Dünən, 23:27
    Bolonyadan paytaxta üz tutdu
  • Dünən, 22:45
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • Dünən, 22:16
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • Dünən, 21:55
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • Dünən, 21:51
    Dünya çempionu vəfat etdi
  • Dünən, 21:21
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • Dünən, 20:46
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • Dünən, 20:13
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
  • Dünən, 19:51
    Yuri Vernidub: "Məsuliyyət tamamilə mənim üzərimdədi" - VİDEO
  • Dünən, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Dünən, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Dünən, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Dünən, 17:50
    Məğlub Nəriman!
  • Dünən, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Dünən, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Dünən, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Dünən, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Dünən, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Dünən, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Dünən, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Dünən, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
Daha çox
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 122
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 93
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 84
O "Qarabağ" artıq yoxdu!
Oxunub: 79
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə