Adımı sənə qoyum, səni də yana-yana...

17.11.2023 14:53 196
İdman
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxı 1936-cı il Berlin Olimpiadasının təşkilatçısı Karl Dimin varisi adlandırıb.

"Football-plus.az" xəbər verir ki, Medvedev “X” hesabında bunları yazıb:

“Baxın sözlərinə görə, idman hər bir münaqişədə arbitr rolunu alırsa, bu, beynəlxalq idmanın sonu olacaq. Məhz buna görə də o siyasi cəhətdən neytral olmalıdı. Lakin bundan əvvəl Bax məlum siyasi səbəblərə görə rusların beynəlxalq yarışlara buraxılmamasını tövsiyə edib. Nə müdrik, səmimi insandı! Beynəlxalq idmanın bu böyük dostu özünü 1936-cı il Berlin Olimpiadasının təşkilatçısı Karl Dimin əsl varisi kimi göstərdi. İdmançılarımız bunu heç vaxt unutmayacaq”.


BOK hələ ki 2024-cü ilin Olimpiadası üçün Rusiya yığmasına rəsmi dəvət göndərməyib. Eyni zamanda, BOK Rusiya və Belarus idmançılarına neytral statusda yarışmağa icazə verilməsini tövsiyə edib. Xatırladaq ki, Olimpiada gələn il iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.