Ceydon Sanço mövsümün gedişində “Mançester Yunayted”i tərk edə bilər.
"Football-plus.az" xəbər verir ki, onun “Yuventus”a keçmək ehtimalı var. Tanınmış jurnalist Fabritsio Romanonun verdiyi məlumata görə, İtaliya klubu 23 yaşlı hücumçunu yanvarda icarəyə götürməyi planlaşdırır. Turinlilərin şərti də var: onlar ingilis futbolçunun məvacibinin bir hissəsinin MY tərəfindən ödənilməsini istəyirlər.
Psixoloji problemlərinin olduğu deyilən Sanço bu mövsüm premyer-liqada yalnız 3 oyun keçirib.