Anxel Di Mariyadan sonra daha bir oyunçu PSJ-dən “Yuventus”a yollanır.
"Football-plus.az" xəbər verir ki, italiyalı jurnalist Canluka Di Martsionun verdiyi məlumata görə, Leandro Paredes artıq Turin klubu ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb. “Yuventus”un onu yeni mövsüm üçün icarəyə götürəcəyi və gələn yay birdəfəlik transfer üçün PSJ-yə 20 milyon avro ödəyəcyi bildirilir.