Ceydon Sanço bu gedişlə “Mançester Yunayted”də qalmayacaq.
"Football-plus.az" xəbər verir ki, klubda onun üçün daha bir qadağa tətbiq edilib. İngilis yarımmüdafiəçiyə əsas komanda üçün nəzərdə tutulan yeməkxanaya daxil olmaq yasaqlanıb. Rəhbərliyin bu qərarının futbolçu ilə baş məşqçi Erik ten Haq arasındakı münasibətlərin hələ də normallaşmaması ilə bağlı olduğu qeyd edilir.
Buna görə əsas komandadan kənarlaşdırılan Sanço bu mövsüm premyer-liqada yalnız 3 dəfə meydana çıxıb.