Sançonun yolu haradı?

28.09.2023 21:56 224
Dünya futbolu
Ceydon Sanço mövsümün gedişində klubunu dəyişəcək.

“Football-plus.az” xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi böyük ehtimalla “Mançester Yunayted”dən gələn ilin yanvarında ayrılacaq. Baş məşqçi Erik ten Haq ilə münasibətləri pisləşən futbolçu bu mövsüm premyer-liqada yanız 3 oyunda meydana çıxmaq şansı qazanıb.

Onun çıxışını elə bu liqada davam etdirmək şansı var. İngilis futbolçunun xidmətində “Aston Villa” və “Kristal Pelas” maraqlıdı.