"Bizi izləmək üçün Bakıya gedənlər qəhrəman sayılacaq" - Yanne Andersson

14.11.2023 17:32 242
Yığma
“Bizi izləmək üçün Bakıya gedənlər qəhrəman sayılacaq”.

"Football-plus.az" xəbər verir ki, bunu İsveç yığmasının baş məşqçisi Yanne Andersson Azərbaycan millimizə qarşı keçirəcəkləri AÇ-2024-ün seçmə mərhələsinin oyunu ilə bağlı danışarkən deyib.

61 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada dəstəksiz qalmayacaqlarını söyləyib:

“Təşəkkür etmək istədiyim o qədər insan var ki. Bizi dəstəkləyənlər böyük ürəkli insanlardı. Onların bu addımları bizim üçün çox şey deməkdi”.


Qeyd edək ki, noyabrın 16-da keçiriləcək Azərbaycan – İsveç oyunu saat 21.00-da başlayacaq. Hazırda İsveç 7 xalla üçüncü, Azərbaycan isə 4 xalla dördüncü pillədə qərarlaşıb. Yanne Andersson AÇ-2024-ün seçmə mərhələsində keçiriləcək son matçların ardından vəzifəsindən ayrılacaq.