"Bu gün üçün özümə və komandama təşəkkür edirəm" - Yanne Andersson

28.03.2023 10:31 266
“5:0 hesablı qələbədən sonra tənqidi qəbul etmirəm”.

"Football-plus.az" xəbər verir ki, bunu İsveç yığmasının baş məşqçisi Yanne Andersson Azərbaycan millisini 5:0 hesabı ilə məğlub etdikləri AÇ-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

63 yaşlı məşqçi qarşılaşmanın ardından “Viaplay TV”nin studiyasında yerli mütəxəssis Boyan Corciçlə mübahisəsinə də aydınlıq gətirib. O, 5:0 hesablı qələbəyə görə özü ilə fəxr etdiyini bildirib:

“Bu nəticədən sonra əlbəttə ki, özümü müdafiə edəcəyəm. Bu gün üçün özümə və komandama təşəkkür edirəm”.


Andersson yığmaya çağırılmasına baxmayaraq, Azərbaycan millisi ilə matçın iştirak ərizəsinə salınmayan Zlatan İbrahimoviçin zədə ucbatından oynamadığını söyləyib:

“Təəssüf ki, oynaya bilmədi. Komandanın heyətində meydana çıxmağı çox istəyirdi. Oynamadığı üçün əsəbədir”.