"Football-plus.az" xəbər verir ki, baş məşqçi Yanne Andersson 25 futbolçuya dəvət göndərib.
Onlardan 3-ü qapıçı, 8-i müdafiəçidisə, 14 nəfər yarımmüdafiə və hücum xəttində çıxış edir.
Noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycanın qonağı olacaq isveçlilər bundan 3 gün sonra Solnada Estoniyanı qəbul edəcək.







