Həndbol millimiz İspaniyaya da böyük hesabla uduzdu

14.10.2023 21:34 236
İdman
Qadın həndbolçulardan ibarət millimiz 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, yığma İspaniyanı qəbul edib.

Bakı İdman Sarayında gerçəkləşən qarşılaşma rəqibin 38:18 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, millimiz ilk görüşdə səfərdə Şimali Makedoniyaya 17:49 hesabı ilə uduzub. İspaniya isə Litvanı üstələyib - 47:14.