Millimiz Maltaya uduzdu

8.10.2023 18:13 208
Yığma
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Millətlər Liqası formatında təşkil olunan Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Xorvatiyada təşkil olunan matçda millimiz Malta yığması ilə qarşılaşıb. Oyun 4:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Millimizin qolunu 4-cü dəqiqədə Xanım Əsədova vurub.