Millimiz son oyununda da məğlub oldu

10.10.2022 16:07 410
Yığma
19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan millisi bu gün sonuncu oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Xorvatiyanın Pula şəhərindəki “Aldo Drosina” stadionunda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçiriləmiş oyun 1:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

B Liqasının 1-ci qrupunda mübarizə aparan Azərbaycan əvvəlki 2 oyununda da uduzub. Yığma Monteneqroya 1:2, Kiprə isə 0:4 hesabıyla məğlub olub.