Sloveniya yığmamızı darmadağın etdi

11.11.2023 20:30 203
Yığma
19 yaşadək qadın futbolçulardan ibarət yığmamız Millətlər Liqasının qrup mərhələsinin ikinci oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komandamız sloveniya həmyaşıdları ilə dueldən məğlub ayrılıb - 0:9.

Xatırladaq ki, bundan əvvəl millimiz Kosovoya uduzmuşdu - 0:3.

Qeyd edək ki, yığma növbəti oyununu noyabrın 14-də Moldova yığmasına qarşı keçirəcək. Bütün qrup görüşləri Sloveniyada keçirilir.