7 ildən sonra əvvəlki iş yerinə qayıtdı

14.11.2023 14:12 223
Dünya futbolu
“Vilyarreal”da baş məşqçi problemi həll olunub.

"Football-plus.az" xəbər verir ki, İspaniya klubuna Marselino Qarsiya Toral təyinat alıb.

Klubun mətbuat xidmətinin məlumatına görə, ispaniyalı mütəxəssislə müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. O, bir neçə gün əvvəl istefaya göndərilən Paçetaya xələf olub.

58 yaşlı məşqçinin əvvəlki komandası “Marsel” olub. Bu komandanı sentyabrda tərk edən Marselino “Vilyarreal”a 2013-16-cı illərdə də başçılıq edib.