David De Xea tezliklə işsizliyə son qoya bilər.
“Football-plus.az” xəbər verir ki, bu yay “Mançester Yunayted”i tərk edən qapıçı 12 ildən sonra yenidən İspaniyada oynaya bilər. “Estadio Deportivo”nun yaydığı xəbərə görə, 33 yaşlı futbolçu “Betis” ilə danışıq aparır. Onun Sevilya klubu ilə yarımillik müqavilə bağlamaq imkanının olduğu qeyd edilir.
Xatırladaq ki, David peşəkar karyerasının ilk illərini yetirməsi olduğu “Atletiko”da keçirib. 2011-ci ildən bu yaya qədər MY-nin formasını daşıyıb.