“Barselona” ilə razılığa gəldi

3.08.2023 16:08 233
Dünya futbolu
Joao Kanselu yenidən İspaniyada çıxış edə bilər.

"Football-plus.az" xəbər verir ki, portuqaliyalı futbolçu “Barselona” ilə razılığa gəlib.

İspaniya klubu bundan sonra “Mançester Siti” ilə danışıqlarda qarşı tərəflə anlaşmağa çalışacaq.

Kanselu MS-yə 2019-cu ildən məxsusdu. O, ötən mövsümün ikinci dövrəsini icarə qaydası ilə “Bavariya”da keçirib.

29 yaşlı müdafiəçinin 2014-18-ci illərdə İspaniyada “Valensiya”da çıxış etdiyini xatırladaq.