Dieqo Kosta yenidən İspaniyada oynayacaq

7.08.2022 22:50 407
Dünya futbolu
Nəhayət, Dieqo Kosta işsizliyə son qoya bilib.

Məşhur braziliyalı özünə yeni iş yerini İspaniyada tapıb. Yerli mənbələrin xəbərində 33 yaşlı hücumçunun “Rayo Valyekano” ilə anlaşdığı bildirilir. Dieqo Kostanın sonuncu klubu sıralarını ötən ilin sonunda tərk etdiyi “Atletiko Mineyro” olub. O, daha əvvəl İspaniyada “Selta”, “Albasete”, “Valyadolid”, “Atletiko” və “Rayo Valyekano”nun formasını geyib.