• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"UEFA və FİFA bu haqda düşünməlidi"

Premyer-liqa / Manşet

12-11-2023, 23:0

Misli premyer-liqasında 13-cü tura yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, "Qarabağ" "Səbail"i məğlub edib - 3:1. Matçdan sonra ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

"Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandılar. Sürətli əks-hücumları olan komandaya qarşı oynayırdıq. Yorğunçuluq olsa da, futbolçular sona qədər oyun intizamını qoruyub-saxlaya bildilər. Meydanda çox əziyyət çəkdilər. Bir neçə gün istirahət etdikdən sonra futbolçularla yenidən birlikdə olacağıq. Şahin Diniyevə də uğurlar arzulayıram".

- Adətən avrokubok matçlarından sonra daxili oyunlara böyük rotasiyalarla çıxırsız. Amma bu gün meydana demək olar ki, əsas heyətlə çıxmışdız. Bu nə ilə əlaqədar idi?
- Futbolçuların durumunu hər məşqdən sonra yoxlayırıq. İki oyun ardıcıl olanda oynamaq olur, üçüncü matç gəldikdə, çətinlik yaranır. Futbolçularla da ayrılıqda söhbət etdik, hamısı oynamaq istəyirdi. Bu çox vacibdi. Yorğun olsalar da, dedilər ki, nə qədər lazımdısa, meydanda ola bilərik. Hazırlıqlarına inanaraq, güvənərək, rotasiyaya çox da ehtiyac duymadım.

- Mətbuatda çıxan xəbərlərə görə, ölkə çempionatında gələn ay "Zirə" ilə matçınızı Xankəndidə keçirəcəksiz. Bu barədə məlumatınız var?
- Xeyr, məndə belə məlumat yoxdu.

- "Qarabağ" çoxlu künc zərbələri yerinə yetirsə də, bundan sanki effektiv istifadə edilmir. Onları qola çevirməyə nə mane olur?
- Desəm ki, buna çox hazırlaşırıq, yalan olar. Bizim bir neçə tələb etdiyimiz küncdən zərbə var və çalışırıq ki, onu yerinə yetirək. Avrokuboklarda, daxili çempionatda qollarımız da olub. Künc zərbələrinin üzərində çalışan sırf komandalar var. Amma biz daha çox başqa, bizə lazım olan detallar üzərində çalışırıq, işləyirik. Lakin bu o demək deyil ki, biz künc zərbəsi zamanı düşünülməyən ötürmələr veririk. Rəqibi də nəzərə almaq lazımdı. Deməzdim ki, biz nəticəmizi sırf bunun üzərində qurmaq istəyirik. Başqa elementlərə vaxt ayırdığımız kimi, bunun da üzərində işləyirik. Ola bilər ki, standart vəziyyətlərdən tam istifadə etməyi bacaran futbolçularım da azdı. Bunun üçün görürsən xüsus oyunçular olur ki, ondan istifadə edib, vacib qollar vururlar. Standart vəziyyətlərdən, künc zərbələrindən də qol vuraraq qalib gəldiyimiz oyunlar da olub.

- Ölkə xaricində çıxış edən azərbaycanlı futbolçular komandalarının liderinə çevrilə bilmir. Bunu nə ilə əlaqələndirirsiz?
- Biz hələ o bazara düşməmişik. Bu, məlum məsələdi. Digər ölkələr sırf bunun üçün çalışırlar, işləyirlər. Bizim futbola Avropadan maraq bir o qədər yoxdur. Bu ayrı sahədi, menecmentlik işi aktivləşməlidi. Federasiya, klub səviyyəsində. Bəlkə bizim kimi klublara sərf etməz ki, oyunçularımız gedib oynasınlar. Çünki limit varsa, əlimizdə yaxşı oyunçular olmalıdı. Yaxşı klublar olsa, buna yox demərik. Buna ayrıca vaxt ayırmaq, daha çox reklam etmək lazımdır. Daha çox görüşlər keçirilməlidi ki, oyunçularımız Avropaya getsinlər. Mentalitet də Avropada oynamaq üçün yetərli olmalıdı. Bizim kimi futbolu zəif olan ölkələrin çoxu Avropanın içində yaşayırlar. Onlar üçün daha rahatdır oynamaq. Elə ölkələr var ki, futbolu sırf onun üzərində qurur. Ki, oyunçuları daha çox legioner həyatı yaşasınlar. Böyük ehtimalla, bizdə belə iş qurulmayıb. Buna da illər lazımdı. Gərək Avropa arenasında futbolumuz stabil üzdə olsun ki, maraq daha çox artsın. Allah qoysa, o da olar. Ümid edək ki, olsun, liderlərimiz olsun.

- Milli fasilədən sonra zədəli qayıdan futbolçularınız oldu. Futbolçuların zədəli qayıtması sizi qorxutmurki?
- Məncə, bu haqda düşünməyək. Bu haqda o qədər düşünmüşəm ki, başımıza çox iş gəlib. Milli fasilə futbola çox böyük zərbə vurur. Dəfələrlə olub ki, ən bahalı oyunçum belə, gedib zədəli qayıdıb. Məncə, bütün Avropa, bütün böyük klublar da bundan şikayət edir. Futbolçular yaxşı idman formasına gəlib çatırlar, sonra fasilə olur, milliyə gedib yorğun gəlirlər, burada olanlar da öz idman formasından uzaqlaşırlar. Bu fasilənin baxımlı futbola böyük zərbə vurur. Bəlkə də, nəyisə dəyişmək olar. UEFA və FİFA bu haqda düşünməlidi. Futbolçu ilə illik müqavilə imzalayırsan. Ancaq hansısa diqqətsiz addıma görə, futbolçu zədələnir. Altı aydan sonra onu yenidən idman formasına gətirirsən, amma yarım illik müqavilə artıq getmiş olur. Çox böyük zərbədi. Ələxsus da, bizim kimi klublara. Ona görə bu dəqiqə tək bizim yox, bütün dünya klublarının böyük problemidi. Gələcəkdə hansısa dəyişiklik olacaq ya, yox bilmirəm. Milli fasilə bizim üçün böyük zərbədir. Oturub gözləmirik ki, oyunçumuz yorğun gələcək, hətta gözləyirik ki, zədəsiz gəlsin. Bəzən milli komandada oynayan futbolçularımızı meydana buraxmıram, onları qoruyuram. Ki, gedəcəklər gedib millidə iki oynayıb, yorğun olacaqlar. Bundan narahat oluram. Milli komandada bunu düşünmürlər. Bəli, milli vacibdi. Marko Veşoviçlə Marko Yankoviç hər dəfə gedəndə, nəsə bir şeylə qayıdırlar. Məşqlər gedir. Məşqlərə baxıram, futbolçunu anlamırlar. Fikirləşirlər ki, klubdan hazır gəlmir. Bütün milli komandalarda belə ideya yaranıb. Amma fikirləşmirlər ki, bunlar ilboyu oynayırlar, əksinə həmin oyunçuya istirahət lazımdı. Elə şeylər var ki, yorğun-yorğun meydana buraxırlar, həm formasından uzaqlaşır, həm zədəyə daha meyilli olur. Mən çalışıram ki, klubda rotasiya edim. İlboyu 45-50 oyun oynayan futbolçu var ki, onlara istirahət verilməlidi, insandırla, robot deyillər. Özlərinə gəlməlidilər. Elvin Cəfərquliyevi bu gün dəyişdim. Sprint olan oyunçuları daha çox qorumalıyıq. Bəhlul Mustafazadəni dəyişmədim. Bir aydan çox oynamadı, bu gün əksinə ona daha çox oynamaq lazımdı. Ehtiyatlanmadım. Ancaq Elvin Cəfərquliyevi oynatmaqdan ehtiyatlanırdım. Daim sürətdə olan oyunçudu. Millidə üç günə iki oyun oynayacaqlar. Zərbə klublara dəyir. Bir oyun uduza bilərik, amma oyunçunun zədələnməsi, sonradan özünü bərpa etməsi problemdi. Bütün dünya klubları üçün problem yaranır. Məncə, dünya futbolunda daha nizamlı şəkildə proqram qurulsa, daha faydalı olar. Çünki azarkeş dinamik futbola baxmaq istəyir. Futbolçu yorğun oldusa, nə tələb edəcəksən ondan? Bu gün mən ehtiyatlanırdım. Kənardan baxırdım ki, birdən hansısa futbolçum zədələnər. Hamı yorğundur, nəticə də lazımdı, azarkeş də görmək istəyir oyunçuları. Bizim kimi futbol ölkələrində bərpa o səviyyədə deyil. Avropa ilə müqayisədə fərqlidi. Avropada çox şey var ki, bərpa daha tez olsun, amma bizdə belə şeylər yoxdu. Ona görə də, bizim üçün böyük problemdi. Eybi yox, heç nə olmaz, biz qarşıdakı hansısa oyunu itirək, amma oyunçunu il boyu əlimizdə saxlaya bilək. Bu, geniş mövzudur, daha çox danışmaq olar. Bu futbolçuların istirahətə vaxtı olmur. Futbolçuya istirahət verirəm, gedirlər milliyə. Psixoloji yorğunluqları, fiziki yorğunluqdan daha çoxdur. Millidən bir həftə sonra tur başlasa daha yaxşı olardı. İstirahət edərdilər. Amma yox, gələn kimi üç gündən sonra yenə çempionat oyunu olmalıdır. Nəysə, bu qədər. Yoxsa, sonra birdən məni cərimələyərlər (gülür).

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

31-01-2023, 18:0

Qurban Qurbanov: "Gent"lə oyuna tam hazır deyilik"

Premyer-liqa / Manşet

9-04-2023, 21:0

"Vacib üç xal qazandıq"

Manşet / Çempionlar Liqası

11-07-2023, 22:0

“Futbolçular üçün oynamaq elə də asan deyildi”

Premyer-liqa / Manşet

19-02-2023, 21:0

Qurban Qurbanov: "Özümə görə yox, "Qarabağ" və Azərbaycanın adının çəkilməsinə görə şadam"

Premyer-liqa / Manşet

22-05-2023, 18:0

“Futbolçularıma iradım yoxdu”

Premyer-liqa / Manşet

2-04-2023, 18:0

"Bu söz-söhbətlər həmişə olub"

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
Daha çox
Oxunub: 219
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə