• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Bu söz-söhbətlər həmişə olub"

Premyer-liqa / Manşet

2-04-2023, 18:0

Misli premyer-liqasında 28-ci tura yekun vurulur.

"Football-plus.az" xəbər verir ki, "Şamaxı" "Qarabağ"ı qəbul edib - 0:1. Oyundan sonra ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

"Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal əldə olundu. Daha baxımlı oynaya bilərdik. Burada oynamaq heç də asan deyil. Həm meydança, həm buranın atmosferi, havası. Dəniz səviyyəsindən xeyli yuxarıdadı. Futbolçuların daha dinamik olmasına problem yaradır. Oyundan-oyuna "Şamaxı" haqda xoş təəssüratlar yaranır. Onlara uğurlar arzulayıram".

- Heyət seçimi futbolçuların millidən yorğun qayıtması ilə bağlı idi?
- O amil də var idi. Bir neçə oyunçunun daha çox istirahət etməsini istədik. İki ağır oyun keçirmişdilər. Sonda meydanda yerlilərin sayı çoxaldı. Digər futbolçular da əsas heyətdə oynamağa layiq idilər. "Qalatasaray"la matçda hər biri özünü yaxşı tərəfdən göstərmişdi. Qarşıda da belə hallar ola bilər. Kim hazırdısa, onu meydana buraxmağa çalışırıq.

- Millidən qayıdan futbolçularla milli mövzusunda söhbətiniz olub?
- Yox. "Şamaxı" ilə oyuna hazırlaşırdıq. Sadəcə onların yorğunluğuna görə narahat idim. Psixoloji sıxıntıları da hiss olunurdu, bir az həvəssiz idilər. İki gün əvvəl normal məşq keçdilər.

- Filip Ozobiçin oyununda düşüş hiss olunur. Bunun səbəbi nədi?
- Hec bir psixoloji problemi yoxdu, hər şey qaydasındadı. 4 ay oynamadı. Hələ indi özünə gəlir. Bir az oyun praktikası lazımdı. Birdən-birə 90 dəqiqə meydanda olmağa tam hazır deyil. Bizim üçün hər oyun çox vacibdi. Qarşıdakı matçlarda yavaş-yavaş qaydasına düşəcək.

- Millinin məşqçisi Arif Əsədov bildirib ki, futbolçular fiziki cəhətdən hazır deyillər. Bu haqda nə deyə bilərsiz?
- Fikir bildirmək istəmirəm. İllər boyu bu söhbət həmişə var. Əksinə, millidən qayıdandan sonra futbolçuları əvvəlki formasına qaytarmaq üçün mənə azı 20 gün lazım olur. Oynayanlara istirahət verirəm. Oynamayanlar həm məşqlərdən, həm oyun praktikasından uzaq qalırlar. Millidən qayıdandan sonra futbolçuların hamısını eyni səviyyəyə gətirmək bizim üçün heç də asan deyil. Bu söz-söhbətlər həmişə olub. Normal şeydi.

- Qapıda Amin Ramazanova şans verməməyinizin səbəbi nədi?
- Hər futbolçunu meydana buraxmaq düşüncəmiz olur. Bu gün belə qərar verdik. Amin son vaxtlar yaxşıya doğru gedir. Daha da yaxşı olacaq.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

31-01-2023, 18:0

Qurban Qurbanov: "Gent"lə oyuna tam hazır deyilik"

Premyer-liqa / Manşet

19-02-2023, 21:0

Qurban Qurbanov: "Özümə görə yox, "Qarabağ" və Azərbaycanın adının çəkilməsinə görə şadam"

Premyer-liqa

21-08-2022, 20:0

"Komandamı daha ağır oyuna hazırlayırdıq" - Elmar Baxşıyev

Premyer-liqa / Manşet

3-03-2023, 19:0

"Oyunçularımı təbrik edirəm"

Premyer-liqa / Manşet

17-03-2023, 20:0

Elmar Baxşıyev: "Cavid Hüseynov və Vüqar Əsgərliyə alqış düşür"

Premyer-liqa / Manşet

28-11-2022, 22:0

"Görünür ki, lap yaxşı istirahət ediblər" - Qurban Qurbanov

Aktual
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
Son xəbərlər
  • Bu gün, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Bu gün, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Bu gün, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Bu gün, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Bu gün, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Bu gün, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Bu gün, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Bu gün, 10:36
    Milli komandaya qayıtdı
  • Bu gün, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 120
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 119
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə