"Şamaxı" futbolçusunun durumuna aydınlıq gətirdi

29.05.2023 18:51 452
Premyer-liqa / Manşet
“Şamaxı” Misli premyer-liqasının 36-cı turunda “Səbail”lə matçda (0:1) ciddi itki ilə üzləşdi.

Komandanın əsas qapıçısı Rəşad Əzizli zədələnərək meydanı vaxtından əvvəl tərk etdi. 13-cü dəqiqədə rəqib futbolçu Adil Nağıyevlə toqquşan və mübarizəni davam etdirə bilməyən Əzizlini Əkpər Vəliyev əvəzlədi.

Görəsən, təcrübəli qolkiperin son durumu necədi?

Bunu öyrənmək üçün "Şamaxı"nın mətbuat xidmətinin rəhbəri Yusif Hüseynovla əlaqə saxladıq. Onun "Football-plus.az"a söylədikləri belə oldu:

"Rəşad Əzizli dərhal təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırıldı. Müayinələr zamanı qolunda sınıq aşkarlandı. Hazırda zədəsi gipslə bağlanıb. Bir həftə sonra fərdi məşqlərə başlayacağı gözlənilir".

Qeyd edək ki, bölgə təmsilçisi fevralda 29 yaşlı oyunçu ilə müqavilənin müddətini 18 aylıq uzadıb.

KƏNAN BAHADIR