Ağabala Ramazanov “Zirə”dən niyə ayrılıb? – ÖZÜ AÇIQLADI

2.06.2022 17:34 742
Ölkə futbolu / Manşet
Konfrans Liqasında çıxış edəcək “Zirə” Ağabala Ramazanovla yolları ayırdı.

Futbolçunun daha öncə çıxış etdiyi “Səbail”ə qayıdacağı gözlənilir. Qeyd edək ki, 29 yaşlı hücumçunun qardaşı Zaur Ramazanov “Səbail”in yeni baş məşqçisi Mahmud Qurbanovun köməkçisidi. Bu da Ağabalanın bu kluba keçmək ehtimalını daha da artırır.

Bəs futbolçu “Zirə”dən niyə ayrıldı? Hazırda hansı klublarla danışıq aparır? Bu suallara cavab tapmaq üçün Ağabala Ramazanovla əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması qısa oldu:

“Zirə ilə müqaviləmin müddəti başa çatdı və yenilənmədi. Hələ ki başqa klublarla danışıq gedir. Bu işlərlə menecer məşğuldu. Bir-iki günə bilinəcək. Uzun danışmaq istəmirəm”.


ŞAİR ABDULLA