Andre Ayyu özünə yeni iş yeri tapıb.
"Football-plus.az" xəbər verir ki, təcrübəli fubolçu yenidən Fransada çıxış edəcək. 33 yaşlı hücumçu “Havr” ilə müqavilə bağlayıb.
Qanalı futbolçu bu yay “Nottingem”i tərk edəndən sonra azad agent statusu daşıyırdı. Andre Fransada daha əvvəl “Marsel”, “Loryan” və “Arl Avinyon”un formasını daşıyıb.