Avropa çempionu özünə klub tapdı

20.09.2023 13:51 227
Dünya futbolu
Nəhayət, Salvatore Siriqu özünə klub tapıb.

"Footballl-plus.az" xəbər verir ki, İtaliya yığmasının sabiq qapıçısı yenidən Fransada qərar tutub. O, “Nitsa” ilə anlaşıb. 36 yaşl futbolçu Fransada daha əvvəl PSJ-nin formasını daşıyıb.

Paytaxt klubunda 2011-17-ci illərdə 189 oyun keçirib. Siriqunun sonuncu komandası bu ilin ilk yarısında çıxış etdiyi “Fiorentina” olub.