Nəhayət, Serxio Ramos özünə komanda tapıb. O, yenidən vətəni İspaniyada çıxış edəcək.
"Football-plus.az" xəbər verir ki, özü də doğma klubunda oynayacaq. Təcrübəli futbolçu 18 ildən sonra “Sevilya” ilə müqavilə bağlayıb.
Xatırladaq ki, 37 yaşlı müdafiəçi 2005-ci ildə bu klubdan “Real”a transfer olunmuşdu. İspaniya nəhənginin formasını 16 il geyən Serxio daxili və beynəlxalq turnirlərdə dəfələrlə qalib olub. O, bu ilin iyununda PSJ-dən ayrılandan sonra azad agent statusunu daşıyırdı. Son mövsümdə PSJ-nin heyətində bütün yarışlarda 45 oyuna çıxan və 4 qol vuran Ramosun Türkiyədə və Səudiyyə Ərəbistanında oynamaq şansı var idi. Lakin o, doğma klubuna qayıtmağa üstünlük verib.