Enzli Meytlend-Naylz “Arsenal”ı tərk edib.
"Football-plus.az" xəbər verir ki, 25 yaşlı futbolçu yeni mövsümə Fransada başlayacaq. İngilis yarımmüdafiəçi azad agent kimi “Lion” ilə 4 illik müqavilə bağlayıb.
Enzli son mövsümü icarə əsasında “Sauthempton”da keçirib. O, daha əvvəl bu statusla “Roma” və “Vest Bromviç”in də formasını daşıyıb.