U-21 millimiz Sloveniya ilə üz-üzə

26.03.2023 14:38 233
Yığma
Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Türkiyənin Antalya şəhərində ikinci yoxlama oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Samir Əliyevin komandası sloveniyalı həmyaşıdları ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması bundan əvvəlki sınaq matçında Albaniyaya uduzub - 1:2.