Villianın yeni iş yeri müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, o, iyunun 30-da müqaviləsinin müddəti sona çatdığı üçün ayrıldığı “Fulhem”ə qayıdıb. İngiltərə klubunun saytının xəbərində braziliyalı yarımmüdafiəçi ilə “1+1 il” sxemi üzrə müqavilə imzalandığı bdirilib. “Çelsi” və “Arsenal”ın keçmiş futbolçusu olan Villian ötən mövsüm “Fulhem”in heyətində 27 oyuna 5 qol vurub.