“Latsio”da Pedro Rodriges ilə bağlı suala cavab tapılıb.
“Football-plus.az” xəbər verir ki, o, növbəti mövsümə də bu klubda başlayacaq. İtaliya klubu ispaniyalı futbolçu ilə yeni müqavilə üzrə aparılan danışıqlarda razılığa gəlib. İnsayder Nikolo Skira bu prosesin tezliklə sona çatacağını bildirib. O, Pedronun paytaxt klubu ilə yeni müqaviləsinin 2024-cü ilin yayına qədər razılaşdırıldığını qeyd edib.