Klubu ilə yenidən anlaşdı

22.10.2023 16:51 177
Dünya futbolu
“Leyptsiq” rəhbərliyi Kevin Kampl ilə müqaviləni yeniləyib.

"Football-plus.az" xəbər verir ki, Almaniya klubunun rəsmi saytının yaydığı xəbərə görə, 33 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2025/26 mövsümünün sonuna qədər uzadılıb.

Kampl “Leyptsiq”ə 2017-ci ilin avqustunda “Bayer-04”dən transfer olunub. O, komandada indiyədək 221 oyuna çıxıb, 9 qol vurubvə 22 məhsuldar ötürmə edib.