Manuel Lokatelli “Yuventus”u tərk edə bilər.
"Football-plus.az" xəbər verir ki, italiyalı futbolçunun karyerasını İngiltərədə davam etdirmək şansı var. O, “Vest Hem”in hədəfinə düşüb. İngiltərə klubunun Manuelə görə 40 milyon avro ödəməyə hazır olduğu bildirilir. Deyilənə görə, bu təklif “Yuventus” rəhbərliyini qane edir.
Lokatelli Turin klubunda 2021-ci ildən çıxış edir. O, bu mövsüm A seriyasında keçirdiyi 10 oyunda 1 qol vurub.