“Yuventus” daha bir oyunçusunu itirdi

5.04.2022 21:21 549
Dünya futbolu
“Yuventus”da zədəlilərin çoxluğu ilə bağlı problem səngimir.

Manuel Lokatellinin durumuna aydınlıq gəlib. Klubun rəsmi saytının xəbərinə görə, italiyalı yarımmüdafiəçi təxminən 3 həftə meydana çıxa bilməyəcək. Lokatelli “İnter”lə son matçda (0:1) Lautaro Martineslə toqquşma nəticəsində sağ ayağından zədə alıb.