Xaçmaz təmsilçisinin qələbə seriyası davam edir

10.11.2023 11:34 214
İdman
Xaçmaz Olimpiya İdman Kompleksində Basketbol Liqasının (ABL) 3-cü turunun növbəti oyunu baş tutub.

"Football-plus.az" xəbər verir ki, Xaçmaz təmsilçisi “NTD-INDIGO”, doğma azarkeşləri önündə “Gəncə” ilə qarşılaşıb.

Oyuna üstün başlayan ev sahibi, yekunda rəqibi üzərində 94-76 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular “NTD-INDIGO”da Cared Smol (21 xal, 5 ribaund), “Gəncə”də Kenyon Dulinq olublar (18 xal, 1 ribaund).

Qeyd edək ki, üçüncü turun növbəti oyunları (“Sərhədçi” – “Sumqayıt”, “Neftçi” – “Şəki”, “Xırdalan” – “Sabah") bu gün və sabah baş tutacaq.