Dünən isə Azərbaycanda “transfer pəncərəsi” rəsmən bağlandı. Belə olan halda "bayquşlar" necə transfer həyata keçirəcək? Ümumiyyətlə, klub rusiyalı mütəxəssisin bu istəyini reallaşdırmaqda israrlıdı?
"Football-plus.az" saytı olaraq bu suallara aydınlıq gətirmək üçün "Sabah"ın Müşahidə Şurasının üzvü və idman direktoru İqor Ponomaryovla əlaqə saxladıq:
"Yeni oyunçu almaq istəyimiz var. Çatdıra bilib-bilməyəcəyimiz isə başqa məsələdi. Hansı möqeyə futbolçu axtardığımızı deməyəcəm, amma daha bir oyunçuyla güclənmək istəyirik. İstənilən halda, transfer baş tutmasa da, heyfslənməyəcəyik. Çünki yaxşı komanda formalaşdırmışıq, heyətimizdə səviyyəli, bacarıqlı futbolçular var. Onlarla da çempionata davam edəcəyik".
ABDULLA İSMAYILOĞLU




