• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Trabzonspor” yenə “Fənərbaxça”nı zirvədən saldı! - TURUN ŞƏRHİ

Dünya futbolu

8-11-2023, 11:0

“Qalatasaray” cümə günü keçirilən açılış oyununda “Kasımpaşa”nı Zahanın qolları ilə yendi.

"Football-plus.az" xəbər verir ki, son çempion ənənəsinə sadiq qalaraq yenə bir top fərqi ilə qalib gəldi. “Cim-Bom” bu mövsüm 20-ci rəsmi oyunda 17-ci qələbəsini qazandı. Bu qələbələrdən 14-də bir top fərqi qeydə alınıb. Ümumilikdə isə komanda Okan Burukun dönəmində superliqa və avrokuboklarda əldə etdiyi 45 qələbənin 32-ni, yəni 70 faizdən (!) çoxunu bir top fərqi ilə qazanıb. “Qalatasaray”ın Türkiyə çempionatında məğlubiyyətsiz seriyası 17, qələbə seriyası 10 oyuna çatdı. İlk 11 turlara nəzər salsaq, “Qalatasaray” tarixinin ən uğurlu startını reallaşdırıb. Onu da bildirək ki, “Cim-Bom” bu mövsüm hələ də ilk yarıda qol buraxmayıb. Bu turnirdə son 45 ildə ilk 11 turda birinci hissələrdə qol buraxmayan komanda olmamışdı. Bu qələbə həm də “sarı-qırmızılar”ı lider etdi...

Bu tura qədər yeganə qələbəsiz komanda statusunda olan debütant “Samsunspor” tilsimi “Hatayspor” ilə ev oyununda qırdı. Şənbə gününün və turun əsas oyunu Kadıköydə keçirildi. Bu mövsüm keçirdiyi 19 rəsmi oyunun hamısından qələbə ilə ayrılan “Fənərbaxça”nı, nəhayət, dayandıran tapıldı. İstanbul nəhəngi, adətən, erkən qollarla rəqiblərinin müqavimətini qırırdısa, bu dəfə hər şey əksinə oldu. Onuaçunun qolu ilə fasiləyə öndə yollanan “Trabzonspor” 2-ci hissənin əvvəllərində daha 2 top vuraraq güclü rəqibi nokauta saldı. “Fənər” Tadiçin penaltidən vurduğu qolla ümidlənsə də, 78-ci dəqiqədə İsmayıl Yüksək ikinci sarı vərəqəni almaqla komandasını azlıqda qoydu. Son anlarda meydan sahibləri daha bir penalti qazandı. Tadiçin ilk zərbəsi tirdən döndü. Amma görüşü o qədər də yüksək səviyyədə idarə etməyən hakim Zorbay Küçük qonaq futbolçuların vaxtından tez cərimə meydançasına daxil olduğuna işarə vuraraq zərbəni təkrarlatdırdı. Tadiç bu dəfə dəqiq oynasa da, “Fənər”in bundan artığına gücü çatmadı. Ciku və Bekaonun yoxluğunda start heyətində meydana çıxan mərkəz müdafiəçisi Samet Akaydın yol verdiyi səhvlərlə diqqəti çəkdi. Öz fanatlarının etirazı ilə üzləşən təcrübəli futbolçu 74-cü dəqiqədə əvəzləndikdən sonra göz yaşı içində birbaşa paltardəyişmə otağına yollandı. Maraqlıdı ki, İstanbul nəhəngi ardıcıl 3-cü mövsümdü “Trabzonspor”a uduzmaqla liderliyi əldən verir. Komanda 2021/22-də 19 xalla zirvədə qəraraşarkən 9-cu turda səfərdə “Trabzonspor”a 1:3 uduzmaqla liderliyi bu komandaya təhvil vermişdi. Qaradənizlilər həmin vaxt bir daha zirvədən enməyərək çempionluq həsrətinə son qoymuşdular. Ötən mövsüm də “Fənər” 14-cü turdan sonra 29 xalla lider idi. 15-ci turda məhz Trabzon səfərində qeydə alınan 0:2-lik məğlubiyyətdən sonra zirvəni ələ keçirən “Qalatasaray” sona qədər də ordan enmədi. Bu mövsüm də belə...

Bazar gününün oyunlarına gəlincə, “Adana Dəmirspor” Sivasda bərabərliklə kifayətlənərək bu mövsüm səfərdə keçirdiyi 5-ci oyunda da qələbəyə həsrət qaldı. Əmrə Belözoğlu “Ankaragücü”nün başında sabiq komandası “İstanbul BŞ”ni büdrətməyi bacardı. “Konyaspor” “Fatih Karagümrük”lə ev oyununda son saniyələrdə məğlubiyyətdən qurtuldu. “Beşiktaş” isə kabus kimi bir mövsüm keçirməkdə davam edir. Düzdü, komanda Antalya səfərində Cenk Tosunun qolu ilə fasiləyə öndə yollandı. Özü də Cenk Türkiyə çempionatında yubiley - 100-cü qolunu vurdu və “100-lər klubu”nun 34-cü üzvü oldu! Amma eynilə “Fənər” kimi “Beşiktaş” da fasilədən dərhal sonra ardıcıl qollar buraxaraq böyük bir şok yaşadı. Qeyd edək ki, təcrübəli mərkəz müdafiəçisi Bayi fasilədə komanda yoldaşı Tayfur Bingölün üstünə hücum çəkdiyindən Burak Yılmaz onu Zaynutdinovla əvəzlədi. “Qartal”ın müdafiədə pərən-pərən düşməsini bununla da əlaqələndirmək olar. Mulekanın qolu qonaqlar üçün kiçik təsəllidən başqa bir şey olmadı. “Antalyaspor” güclü rəqibə qarşı öz meydanında 10 illik qələbə həsrətinə son qoydu! Cəmi 11 tur arxada qalsa da, “Beşiktaş” 4-cü məğlubiyyətini aldı. Komandanın ilk 11 turda bundan daha çox (5) məğlub olduğu son mövsüm 1980/81-di!

Turun rəqəmi
26 – Əli Koçun başqanlığı dönəmində böyük komandalara qarşı oyunlarda əvvəlki əzəmətini itirən ”Fənərbaxça”nın bunun nəticəsi kimi evdəki seriyaları da bir-bir yoxa çıxdı. 2020-də “Qalatasaray” Kadıköydəki 20 illik, “Beşiktaş” isə 15 illik qələbə həsrətinə son qoymuşdu. Bu dəfə növbə “Trabzonspor”a çatdı və bu komanda çempionat çərçivəsində “Fənər”ə qarşı səfərdə 26 illik qələbəsiz seriyanı bitirdi! Trabzon təmsilçisi superliqada bu rəqib üzərində son səfər qələbəsini 1997-nin avqustunda əldə etmişdi (3:1). O vaxtdan bəri komandaların İstanbuldakı 26 duelində “Fənər” 14 qələbə qazanmışdısa, 12 oyunda bərabərlik qeydə alınmışdı. Ümumiyyətlə, “Trabzonspor”un Abdulla Avcının başçılığı altında İstanbul nəhənglərinə qarşı keçirdiyi 8 səfər matçının yalnız birində uduzması diqqəti çəkir (4 qələbə, 3 heç-heçə). Həmin yeganə məğlubiyyət ötən mövsüm “Qalatasaray” səfərində qeydə alınıb (1:2).

Turun ulduzu
Velinton (Pendikspor) – daha öncə Türkiyədə “Alanyaspor” və “Beşiktaş”dakı çıxışı ilə tanıdığımız braziliyalı mərkəz müdafiəçisi bu tur hətta hücumçuların belə qibtə edəcəyi performans sərgilədi. Bu yaydan etibarən “Pendikspor”un şərəfini qoruyan Velinton “İstanbulspor”a qarşı səfər oyununu 2 qol, 1 məhsuldar ötürmə ilə tamamladı! 34 yaşlı futbolçu 2019-un dekabrında “Alanyaspor”un heyətində “Dənizlispor”la qarşılaşma da 2 qol vurmağa macal tapmışdı. Amma Türkiyə çempionatında sonuncu dəfə bir oyunda 3 qolun vurulmasında yaxından iştirak edən mərkəz müdafiəçisi Sərdar Əziz olub. O, 2016-nın yanvarında “Bursaspor”un heyətində “Trabzonspor”la matçı 1 qol, 2 məhsuldar ötürmə ilə tamamlamışdı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-02-2023, 17:0

“Qalatasaray” – “Trabzonspor” matçı ilə bağlı maraqlı MƏQAMLAR

Dünya futbolu

4-11-2023, 14:0

''Qalatasaray'' 45 ildən sonra ilkə imza atdı

Dünya futbolu

12-03-2023, 20:0

''Qalatasaray'' 63 illik rekordu yenilədi!

Dünya futbolu

15-04-2023, 13:0

Okan Buruk bunu bacaran 4-cü məşqçi oldu

Dünya futbolu

22-01-2023, 10:0

Okan Buruk indidən adını ''Qalatasaray'' tarixinə yazdırdı

Aktual
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
Son xəbərlər
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Dünən, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Dünən, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Dünən, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Dünən, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Dünən, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Dünən, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Dünən, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Dünən, 10:00
    Mançesterdən Madridə yollandı
  • 24-07-2026, 23:0
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • 24-07-2026, 23:0
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • 24-07-2026, 23:0
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • 24-07-2026, 22:0
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • 24-07-2026, 22:0
    İngiltərədə klubunu dəyişdi
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 97
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Xalqın yanına getmək niyə çətindi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə