Dünən Türkiyə çempionatının 11-ci turu çərçivəsində ''Qalatasaray'' ''Kasımpaşa''nı qəbul etdi.
“Football-plus.az” xəbər verir ki, İstanbul nəhəngi Zahanın dublu sayəsində 2:1 hesabı ilə üstün olaraq superliqa çərçivəsində qələbə seriyasını 10-a çatdırdı. Okan Burukun kollektivi ilk yarını 1:0 öndə tamamladı və bununla da unikal bir göstəriciyə imza atdı. Məsələ burasındadı ki, ''sarı-qırmızılar'' bu mövsümə superliqada 11 turun hamısında ilk yarılarda qapını toxunulmaz saxlayıblar. Bu turnirdə son 45 ildə belə hal yaşanmamışdı! Sonuncu dəfə bunu bacaran komanda 1978/79 mövsümündə ''Trabzonspor'' olmuşdu. Maraq üçün bildirək ki, həmin vaxt trabzonluların bu seriyası yalnız 17-ci turda qırılmışdı.
ƏLİ