Zaur Həşimov “Kəpəz”ə “yox” dedi: “Ümumiyyətlə, danışıqlara getmədim”

7.11.2023 22:14 374
Premyer-liqa / Manşet
“Kəpəz”in sabiq baş məşqçisi Azər Məmmədovun yerini kimin tutacağı maraqlıdı.

Gəncəlilər yeni çalışdırıcıyla anlaşmaq üçün tələsir. Çünki komanda premyer-liqanın yeni mövsümünə uğursuz başlayıb və tezliklə turnir cədvəlinin son pilləsindən qurtulmalıdı. Hədəfə nail ola biləsi bir neçə mütəxəssis namizəd var ki, onlardan biri də “Zirə-2”nin baş məşqçisi Zaur Həşimovdu.

“Football-plus.az”a daxil olan məlumata görə, klub artıq ona təklif göndərib. Görəsən, Zaur bəyin cavabı nə olub? Bunu öyrənmək üçün özüylə əlaqə saxladıq:

“Bəli, “Kəpəz”dən təklif gəlmişdi. Lakin məsələ başlamadan sona çatdı. Ümumiyyətlə, danışıqlara getmədim. Əvvəlcədən “yox” cavabı verdim”.


KƏNAN BAHADIR