"Football-plus.az" xəbər verir ki, klub yeni sponsorla anlaşmaq üzrədi. Söhbət “AzerGold”dan gedir. Mənbəmizin sözlərinə inansaq, Gəncə təmsilçisi tezliklə tanınmış şirkətlə masa arxasına əyləşib sözləşmə imzalayacaq.
İnformasiyanın doğru olub-olmadığını öyrənmək məqsədilə “Kəpəz”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayevlə əlaqə saxladıq. O, xəbəri nə təsdiq, nə də təkzib etdi:
“Klub rəhbərliyi sponsorluqla bağlı görüşləri davam etdirir. Təəssüf ki, hələ yekun nəticə əldə edilməyib. İnanırıq ki, tezliklə bu mövzuda yenilik olacaq”.
KƏNAN BAHADIR






