Azər Məmmədov "Kəpəz-2"nin futbolçularını geri verib - AÇIQLAMA

15.07.2023 19:30 455
Premyer-liqa / Manşet
"Kəpəz" 2023/24 "futbol ili"ndə daha yuxarı pillələrdə qərarlaşmaq istəyir. Klub büdcə çatışmazlığı üzündən yüksək maaşlı futbolçularla anlaşma bilmir.

Baş məşqçi Azər Məmmədov əvəzedici komandanın üzvləri ilə boşluğu doldurmaq niyyətindədi. Görəsən, mütəxəssis bunu bacarıb? O, premyer-liqa təcrübəsi olmayanların xidmətindən yararlana biləcəkmi? 

Azər Məmmədov mövzu ilə bağlı "football-plus.az"a bunları dedi:

"Bəli, istəyirdik ki, ikinci komandadan oyunçuları əsas heyətə cəlb edək. Onlardan bir neçəsini seçib yoxlama görüşlərinə apardım. Təəssüf ki, istədiyim oyunu göstərə bilmədilər. Nizami Səmədov da daxil olmaqla bəzilərini yenidən "Kəpəz-2"yə qaytardıq. Bundan sonda daha çox çalışıb əsas heyətdə özlərinə yer edə bilərlər. Hazırda heyəti formalaşdırırıq. Transfer çalışmalarımız davam edir".

KƏNAN BAHADIR