“Zirə” 2-nin baş məşqçisi vəzifəsinə təyinat olub.
Football-plus.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.
"Zirə" Futbol Akademiyasının rəhbəri Zaur Həşimov mövsümün sonuna qədər əvəzedici heyətin baş məşqçisi vəzifəni icra edəcək.
Xatırladaq ki, Zaur Həşimov 2019/20 mövsümündə "Zirə"nin əsas komandasının baş məşqçisi olub.
Əlavə edək ki, bunadək "Zirə-2" baş məşqçisi Azər Məmmədov olub. Klub onunla ötən ilin dekabrın sonlarında yollar ayırdığını açıqlayıb.