“Formula-1” komandalarından “Ferrari”nin sabiq prezidenti Luka di Montedzemolo bildirib ki, “qırmızılar”ın hazırkı vəziyyətindən narazıdı.
Luka di Montedzemolo 1991-2014 aralığında “Ferrari”nin prezidenti olub və komanda onun dövründə böyük uğurlar qazanıb:
“Entso Ferrari məni şirkətə dəvət edəndə hələ 25 yaşım var idi. Demək olar ki, hər şeyimi ona borcluyam. Mənə həmişə deyərdi ki, başını dik tut, təslim olma və uduzduğun günlərdən çox qalib gəldiyin günlərə fokuslan. “Ferrari”nin hazırkı vəziyyətindən xoşum gəlmir. Çempionatda üçüncü yeri tutmaq ehtimalını bayram etmək xoş hal deyil. Mənim üçün bu, məğlubiyyətə bərabərdi. Pilotlara gəlincə, bu, “Ferrari”nin ən axırıncı problemidi. Problem maşındadı”.