“Aston Martin”in pilotu Fernando Alonso “Ferrari Enzo” markalı avtomobilini satışa çıxarıb.
“Football-plus.az” xəbər verir ki, son dövrlərdə çox adam “Ferrari”sini satır. Bunlardan biri də “Ferrari”nin sabiq pilotu Fernando Alonsodu. İspaniyalı sürücü 2010-14-cü illərdə “qırmızılar”ın şərəfini qorumuş və iki dəfə ikinci olmuşdu. Onun qarajında “Ferrari”nin ikonik modellərindən biri olan “Enzo” var.
İkiqat dünya çempionu cəmi 4800 kilometr getmiş maşınını iyunun 8-də hərraca çıxaracaq. Bu tədbir Monakodakı avtomobil hərracında olacaq.
“Ferrari”nin bu modeli 2002-ci ildə ilk dəfə satışa çıxarılıb və 2004-cü ilə qədər istehsal olunub. Maşının mühərriki 660 at gücünə malikdi və 12 silindirlidi. 100 kilometr sürəti 3,65 saniyəyə yığır, maksimum sürəti 350 km/saatdı. Maşının neçəyə satılacağı hələ ki bilinmir.