Amerikanın məşhur “Forbers” jurnalı “Formula-1” komandalarının dəyər reytinqini dərc edib. Qiyməti 3,9 milyard dollar olan “Ferrari” ilk pillədə qərarlaşıb. “Mersedes” (3,8 milyard) 2-ci, hazırkı çempion “Red Bull” (2,6 milyard) isə 3-cü olub.
"Football-plus.az" xəbər verir ki, “Forbes” bildirir ki, son illərdə bütün “Formula-1” komandalarının dəyəri ciddi şəkildə artıb. Komandaların orta qiyməti 1,88 milyard dollardı ki, bu da 2019-cu ildəki qiymətləndirmə ilə müqayisədə 276 faiz artıqdı. Konkret “Ferrari”nin qiyməti 189, “Mersedes”in qiyməti 274 faiz artıb.
1.“Ferrari” – 3,9 milyard dollar
2.“Mersedes” – 3,8
3.“Red Bull” - 2,6
4.“Maklaren” - 2,2
5.“Alpin” - 1,4
6.“Aston Martin” - 1,375
7.“Alfa Tauri” - 1,125
8.“Alfa Romeo” - 0,9
9.“Haas” - 0,78
10.“Uilyams” - 0,725