İtaliya klubuna cərimə kəsildi

5.11.2023 17:11 216
Dünya futbolu
İtaliya Futbol Federasiyası “İnter”ə sanksiya verib.

"Football-plus.az" xəbər verir ki, Milan klubu azarkeşlərinin “Roma”nın oyunçusu Romelu Lukakunu təhqir etməsinə görə cərimələnib. Xatırladaq ki, bəzi fanatlar oktyabrın 29-da keçirilən A seriyası matçında belçikalı hücumçunu təhqir etmişdilər. Onlar hətta topu qəbul edərkən Romelunu fitə də basmışdılar. Nəticədə federasiya “İnter”i 5 min avro məbləğində cərimələyib.

Çempionat matçı “İnter”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, Lukaku 2019-21-ci və 2022-23-cü illərdə milanlıların formasını geyib.