İtaliya çempionatının 2022/23 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu barədə A Seriyasının saytı məlumat yayıb.
Mövsümün ən yaxşı oyunçusu “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya olub. Ən yaxşı qapıçı İvan Provedel (Latsio), ən yaxşı müdafiəçi Kim Min Ce (Napoli), ən yaxşı yarımmüdafiəçi Nikolo Barella (İnter), ən yaxşı hücumçu isə Viktor Osimhen (Napoli) seçilib.
Xatırladaq ki, bu mövsüm A seriyasının qalibi “Napoli” olub.