Minifutbol millimizin təqvimi bilindi

29.08.2023 15:15 240
Ölkə futbolu
Minifutbol millimizin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras Al Xayma şəhərində keçiriləcək dünya çempionatındakı oyunlarının təqvimi məlum olub.

"Football-plus.az" xəbər verir ki, milli G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq.

İlk oyun oktyabrın 27-də İraqla olacaq. Digər görüşlər oktyabrın 29 və 31-də müvafiq olaraq Misir və Tunisə qarşı keçiriləcək.

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov tvitter hesabında post paylaşaraq, komandaya uğurlar arzu edib.

Minifutbol üzrə dünya çempionatı
G qrupu

27 oktyabr / Azərbaycan – İraq
29 oktyabr / Azərbaycan – Misir
31 oktyabr / Azərbaycan – Tunis