Minifutbol yığmamızın rəqibləri bəlli oldu

20.06.2023 21:30 313
Yığma
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl Hayma şəhərində minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.

"Football-plus.az" xəbər verir ki, çempionluq uğrunda mübarizə aparacaq 32 komanda 8 qrupa bölünüb. Mundiala Avropa çempionu kimi qatılacaq Azərbaycan komandası G qrupunda Tunis, Misir və İraq yığmaları ilə oynayacaq.

Qeyd edək ki, minifutbol üzrə dünya çempionatı oktyabrın 26-dan noyabrın 4-nə kimi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl Hayma şəhərində təşkil olunacaq.