Son olaraq ''Pendikspor'' üzərində rahat qələbə qazanan və bu mövsümkü inanılmaz qələbə seriyasını davam etdirən ''Fənərbaxça'' artıq yavaş-yavaş dünya rekorduna da yaxınlaşır.
"Football-plus.az" xəbər verir ki, biri texniki qələbə olmaqla ötən mövsümün son 2 rəsmi oyunundakı qələbələri də nəzərə alsaq, hazırda komandanın qalibiyyət seriyası 21 oyuna bərabərdi. ''Fənərbaxça'' futbol tarixində bu cür seriya yaxalayan cəmi 8-ci kollektiv oldu! Bu göstəricidə rekord Uels təmsilçisi ''Nyu Seynts''ə məxsusdu. Bu komanda 2016-cı ildə ardıcıl 27 qələbə qazanaraq ''Ayaks''a məxsus 45 illik rekordu yeniləmişdi. Başqa sözlə desək, hazırda ''Fənər''i yeni dünya rekordundan cəmi 7 qələbə ayırır! Sonda futbol tarixində rəsmi matçlarda ən yaxşı qələbə seriyasına malik olan klubların siyahısı ilə tanış olaq.
27 - Nyu Seynts (Uels) - 2016
26 - Ayaks (Niderland) - 1971/72
25 - Ayaks (Niderland) - 1995
24 - Koritiba (Braziliya) - 2011
23 - Bavariya (Almaniya) - 2020
22 - Real (İspaniya) - 2014
21 - Reyncers (Şotlandiya) - 2013/14
21 - Mançester Siti (İngiltərə) - 2020/21
21 - Fənərbaxça (Türkiyə) - 2023
ƏLİ