"Football-plus.az" xəbər verir ki, bunu "Səbail"in futbolçusu Pedro Nuno "Zirə" ilə heç-heçə (2:2) etdikləri Misli premyer-liqasının 11-ci turunun oyunu ilə bağlı şəxsi instaqram hesabında yazıb.
28 yaşlı yarımmüdafiəçi qələbə qazanmaq istədiklərini də bildirib:
"Mən də vurduğum iki qola görə xoşbəxtəm".
Qeyd edək ki, Pedro Nuno "dənizçilər"in hər iki qolunun müəllifi olub. Portuqaliyalı oyunçu iyulun 5-də paytaxt təmsilçisinə keçib.




