“Şamaxı”nın “Səbail” planı

23.05.2023 19:15 703
Aktual / Premyer-liqa
Misli premyer-liqasının 36-cı turunda keçiriləcək "Səbail" - "Şamaxı" oyununda premyer-liqanı tərk edəcək komandanın adına aydınlıq gələcək.

"Dənizçilər"in rəqiblə müqayisədə vəziyyəti bir qədər yaxşıdı. Belə ki, 1 xal da onları elitada saxlayacaq. Bölgə təmsiçisi isə 1-ci diviziona yuvarlanmamaq üçün mütləq qələbə qazanmalıdı.

"Şirlər"in baş məşqçisi Vüqar Əsgərli "Qəbələ" ilə oyunsonrası mətbuat konfransında "Səbail"lə matçda güclü azarkeş dəstəyinə ehtiyacımız olacaq" deməklə şamaxılı futbolsevəri səfər qarşılaşmasına səslədi. Görəsən, klub bu məsələ ilə bağlı hansı tədbirləri görəcək? Azarkeşlər üçün avtobuslar ayrılacaqmı?

“Football-plus.az” saytı olaraq bunu aydınlaşdırmaq üçün "Şamaxı"nın mətbuat katibi Yusif Hüseynovla əlaqə saxladıq:

"Fanklublarımızla danışmışıq. Onlar nə qədər istəsə, avtobus ayıracağıq. Hələ vaxtımız var. İnanıram ki, "Səbail" səfər oyunu üçün maksimum azarkeş toplayaraq güclü dəstək yaradacağıq. Fikrimcə, fanatlarımız üçün ən azı 5 avtobus ayıracağıq".


ABDULLA İSMAYILOĞLU